Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsrail mediası: Binyamin Netanyahunun məhkəmə prosesində dinləmələr qısaldılıb

2 dəq
Paylaş:
İsrail mediası: Binyamin Netanyahunun məhkəmə prosesində dinləmələr qısaldılıb

İsrailin Binyamin Netanyahunun mayın 25-də Qüdsdə Ein Kerem xəstəxanasında diş həkiminə müraciət etdiyi bildirilib. Baş nazirin ofisindən TASS agentliyinə verilən məlumata görə, hazırda məhkəmə prosesində iştirak edir. Qurumdan edilən açıqlamada qeyd olunub: “Baş nazirin dünən Hadassah Ein Kerem xəstəxanasında stomatoloq yanında olduğunu təsdiqləyirik. Hazırda o, məhkəmədədir”.

Aprel ayında açıqlanan rəsmi hesabatda Netanyahunun sağlamlıq müayinəsi zamanı prostat vəzində kiçik bədxassəli şiş aşkarlandığı və onun erkən mərhələdə aradan qaldırıldığı bildirilmişdi.

Digər tərəfdən, İsrailin “Ynet” nəşri məhkəmənin Netanyahuya qarşı qaldırılan işlər üzrə dinləmələri “ və siyasi səbəblərlə” əlaqədar qısaltdığını yazıb. Məlumata əsasən, dinləmələrin mayın 26-sı saat 13:30-da yekunlaşması, mayın 27-də isə qısaldılmış formatda davam etdirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Netanyahu üç ayrı korrupsiya işi üzrə ittiham olunur:

  • Bahalı hədiyyələrin qəbul edilməsi;
  • Media qaydalarının dəyişdirilməsi;
  • Dostlarına fayda verən layihələrin irəlilədilməsi üçün rüşvət iddiaları.

2020-ci ildən bəri davam edən məhkəmə prosesində Netanyahu bütün ittihamları rədd edir. Onun ifadə vermə prosesinə isə 2024-cü ilin dekabrında başlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax