İsrailin Baş naziri Binyamin Netanyahu 25 may tarixində Qüdsdə yerləşən Hadassah Ein Kerem Hospital xəstəxanasında diş həkimini ziyarət edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS agentliyinə İsrail Baş nazirinin ofisindən məlumat verilib.
Qeyd olunub ki, Netanyahu hazırda məhkəmə prosesində iştirak edir.
Baş nazirin ofisindən bildirilib: “Dünən o Hadassah Ein Kerem stomatoloqunda olub, bunu təsdiqləyə bilərəm. Baş nazir hazırda məhkəmədədir.”
Aprel ayında yayımlanan rəsmi hesabatda Netanyahunun sağlamlıq müayinəsi zamanı prostat vəzində kiçik bədxassəli şiş aşkar edildiyi və onun erkən mərhələdə çıxarıldığı qeyd olunmuşdu.
Eyni zamanda İsrail mediası "Ynet" məlumat yayıb ki, məhkəmə Netanyahuya qarşı işlər üzrə dinləmələri “təhlükəsizlik və siyasi səbəblərə görə” qısaldıb.
Bildirilir ki, dinləmələr 26 may saat 13:30-da başa çatacaq, 27 mayda isə qısaldılmış formatda davam edəcək.
Netanyahu üç korrupsiya işi üzrə ittiham olunur: bahalı hədiyyələrin qəbul edilməsi, media qaydalarının dəyişdirilməsi və dostlarına fayda verən layihələrin irəlilədilməsi üçün rüşvət iddiaları.
2020-ci ildən davam edən məhkəmə prosesində Netanyahu bütün ittihamları rədd edir, onun ifadəsi isə 2024-cü ilin dekabrında başlayıb.