Əsas məzmuna keç

İran rəsmisi: ABŞ-nin mümkün dəniz blokadasına qarşı alternativ planlarımız hazırdır

İran rəsmisi: ABŞ-nin mümkün dəniz blokadasına qarşı alternativ planlarımız hazırdır

İran hökuməti ABŞ tərəfindən tətbiq oluna biləcək dəniz blokadasına qarşı tədbirlər görüldüyünü və alternativ marşrutların müəyyən edildiyini bəyan edib.

en ru

İran hökumətinin sözçüsü Fatimə Mohacerani çərşənbə günü verdiyi açıqlamada ABŞ-nin mümkün blokadası ssenarilərinə qarşı hazırlıqların görüldüyünü bildirib. O, hökumətin bu istiqamətdə marşrutlar hazırladığını və mövcud vəziyyətlə bağlı hər hansı bir problemin olmadığını vurğulayıb.

Fatimə Mohacerani həmçinin beynəlxalq danışıqlar prosesindəki çətinliklərə də toxunub. Sözçünün sözlərinə görə, qarşı tərəfdən gələn ziddiyyətli mesajlar danışıqların əsas problemlərindən biridir.

Sözçü əlavə edib ki, İran həm diplomatik, həm də hərbi müstəvidə kifayət qədər güclü mövqeyə sahibdir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…