“İspaniyaya qələbə üçün gedəcəyik” – Klopp

“İspaniyaya qələbə üçün gedəcəyik” – Klopp
22.02.2023 09:30
Aa
dəq

“Liverpul”un baş məşqçisi Yurgen Klopp UEFA Çempionlar Liqasının 1/8 finalının “Real”la ilk qarşılaşmasından sonra (2:5) açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, o, La Liqa təmsilçisini əks-hücumlarda yaxşı çıxış edən komanda adlandırıb:

“Oyuna əla başladıq. Əsl oyunumuzu göstərdik. Hər şey mükəmməl idi. Buraxdığımız qolları nəzərə almasaq, ilk hissə yaxşı keçdi. Qapımıza vurulan ikinci qolda kobud səhv etdik. Üçüncü qol isə müdafiənin boşluğundan vuruldu. Əks-hücumlarda əla oynayan komandaya qarşı bu cür çıxış etmək lazım deyil. Bütün oyunu ilk hissədə oynadığımız kimi oynamalı idik”.

Almaniyalı mütəxəssis “kral klubu”nun baş məşqçisi Karlo Ançelotti barədə danışıb:

“Cavab oyunu böyük sınaq olacaq. Öncəliklə biz İngiltərə Premyer Liqasına diqqətimizi yönəltməliyik. “Real”la matçdan dərs çıxarmalıyıq. Məncə, Ançelotti hər şeyin həll olunduğunu düşünür. Düzünü desəm, mən də belə düşünürəm. Lakin hər şey dəyişə bilər. İspaniyaya qələbə üçün gedəcəyik. Deyəcəklərim bunlardır”.

“Real” – “Liverpul” duelinin cavab qarşılaşması martın 15-də İspaniyada keçiriləcək.

Həftənin ən çox oxunanları

PSJ baş məşqçisi ilə bağlı qərar verib

PSJ baş məşqçisi ilə bağlı qərar verib
DAVAMIN OXU davamın oxu

İbrahim Şehiç millidəki karyerasını bitirib

İbrahim Şehiç millidəki karyerasını bitirib
DAVAMIN OXU davamın oxu

“Qəbələ” “Səbail”i məğlub edib

“Qəbələ” “Səbail”i məğlub edib
DAVAMIN OXU davamın oxu

"Arsenal" köhnə qapıçısını qaytara bilər

DAVAMIN OXU davamın oxu

"Feyenoord" Arne Slotun yerini bu məşqçi ilə dolduracaq

DAVAMIN OXU davamın oxu