Operativ Məlumat Mərkəzi

İspaniya millisi Avropa çempionatına vəsiqə qazanıb

1 dəq
Paylaş:
İspaniya millisi Avropa çempionatına vəsiqə qazanıb
Luis de la Fuentenin yetirmələri AVRO-2024-ün seçmə mərhələsinin VI turunun Norveçlə səfər matçında minimal hesablı (0:1) qələbə qazanıb. İspaniyanın...

İspaniya millisi Norveçi məğlub edərək Avropa çempionatına vəsiqə qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Luis de la Fuentenin yetirmələri AVRO-2024-ün seçmə mərhələsinin VI turunun Norveçlə səfər matçında minimal hesablı (0:1) qələbə qazanıb.

İspaniyanın yeganə qolunu 49-cu dəqiqədə Qavi vurub.

Bununla da, 2017-ci ilin noyabrından bəri ilk dəfə ispanlar qol buraxmadan ardıcıl üç matçda qalib gələ biliblər.

Xatırladaq ki, İspaniya daha əvvəl Şotlandiya yığmasını (2:0), Kipri ​​(6:0) məğlub etmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər