Operativ Məlumat Mərkəzi

İspaniya Azərbaycan–Ermənistan normallaşma prosesində əldə olunan irəliləyişləri müsbət qiymətləndirir

2 dəq
Paylaş:
İspaniya Azərbaycan–Ermənistan normallaşma prosesində əldə olunan irəliləyişləri müsbət qiymətləndirir

İspaniya ötən il avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişi çərçivəsində arasında normallaşma prosesində əldə olunan irəliləyişləri müsbət qarşılayır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Milli Məclisin sədri ilə birgə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, müvafiq şərait formalaşacağı təqdirdə, bu proses regionda onilliklər boyu davam etmiş Qarabağ münaqişəsinə son qoyacaq Sülh Sazişi ilə yekunlaşa və əməkdaşlıqla rifahın yeni mərhələsini aça bilər.
“Bu prosesə rəhbərlik etməli olan əsas prinsiplər — hüquq, suverenlik və ərazi bütövlüyü — hər iki ölkənin parlamenti tərəfindən bölüşülür”, – deyə Armenqol vurğulayıb.
O, həmçinin İspaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin dərinləşdirilməsinə dair ortaq iradənin açıq şəkildə ifadə olunduğunu qeyd edib. Bildirilib ki, tərəflər turizm və təhsil sahələrində imzalanmış mövcud anlaşma memorandumlarının genişləndirilməsi imkanlarını müzakirə ediblər. Bu sənədlərin Azərbaycan təhsil sistemində ispan dilinin və mədəniyyətinin daha geniş şəkildə təmsil olunmasına töhfə verdiyi və gələcək üçün yeni imkanlar yaratdığı diqqətə çatdırılıb.
Fransina Armenqol əlavə edib ki, İspaniya Bakıda institusional mövcudluğunu gücləndirməyi hədəfləyir və bu istiqamətdə hər iki ölkə uyğun şəraitin yaradılması üçün birgə fəaliyyət göstərir.
Onun sözlərinə görə, son dövrlərdə ölkələr arasında yaradılmış Strateji İqtisadi Dialoq mexanizminin işə salınması ikitərəfli münasibətlərin möhkəmlənməsinə, eləcə də mövcud iqtisadi və ticarət potensialının daha səmərəli reallaşdırılmasına mühüm töhfə verir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax

Bu xəbər haqqında:

AI Assistant

operativmm.az

Nümunələr