Əsas məzmuna keç

İranın raket proqramı "qırmızı xətt"dir – Əli Şamxanidən sərt bəyanat

İranın raket proqramı "qırmızı xətt"dir – Əli Şamxanidən sərt bəyanat

İranın Ali Rəhbərinin baş müşaviri Əli Şamxani ölkənin raket potensialının müzakirə mövzusu olmadığını və bu məsələdə geri addım atmayacaqlarını bildirib.

en ru

İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin baş müşaviri ölkənin hərbi imkanları ilə bağlı mühüm açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, rəsmi Tehranın proqramının beynəlxalq səviyyədə müzakirəyə qapalı olduğunu vurğulayıb.

Şamxaninin sözlərinə görə, İranın raket potensialı dövlətin təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb edən "qırmızı "dir.

O, bu məsələnin heç bir danışıqlar predmeti ola bilməyəcəyini qətiyyətlə diqqətə çatdırıb.

Qeyd edək ki, bu bəyanat regionda hərbi-siyasi gərginliyin artdığı və beynəlxalq güclərin İranın hərbi proqramına dair narahatlıqlarının ifadə edildiyi bir vaxtda səsləndirilib. Tehran rəsmiləri dəfələrlə raket proqramının yalnız müdafiə xarakteri daşıdığını iddia ediblər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…