Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İranlı deputat ABŞ-ni "Axmaqların Birləşmiş Ştatları" adlandırdı

1 dəq
Paylaş:
İranlı deputat ABŞ-ni "Axmaqların Birləşmiş Ştatları" adlandırdı

İranlı millət vəkili İbrahim Rəzai Hörmüz boğazı ətrafında artan gərginlik fonunda ABŞ barədə sərt ifadələr işlədib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, iranlı platforması X-də paylaşdığı açıqlamada ABŞ-ni “Axmaqların Ştatları” adlandırıb.

Rəzai yazıb: “Bu və o axmaq ilə ABŞ əvəzinə USI – Axmaqların Birləşmiş Ştatları deməliyik”.

O, həmçinin bildirib ki, ABŞ dəniz qüvvələri “bütün donanması ilə belə” Hörmüz boğazından keçə bilməyəcək.

İranlı deputat Vaşinqtonu “ərköyün uşaq kimi davranmaqda” da ittiham edib.

Məlumata görə, bu açıqlamalar fevralın sonlarında başlayan münaqişə ilə bağlı bir aylıq atəşkəsin pozulmasında tərəflərin bir-birini günahlandırmasından sonra İran və ABŞ qüvvələri arasında yaşanan qarşıdurma fonunda səsləndirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax