Əsas məzmuna keç

Fransa Hörmüz boğazında mina iddialarına rəsmi cavab verdi

Fransa Hörmüz boğazında mina iddialarına rəsmi cavab verdi

Müdafiə naziri Ketrin Votrin Parisin Hörmüzdəki təhlükəyə hazırlığını açıqladı. ABŞ kəşfiyyatının 10 mina iddiası fonunda Londonla birgə missiya başlayır?

en ru

Fransanın Ketrin Votrin boğazında yerləşdirilməsi ilə bağlı xəbərlərə bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nazir bu barədə "France Info" radiosuna açıqlamasında danışıb.

O qeyd edib ki, hazırda Fransanın bu ərazidə minaların yerləşdirildiyinə dair dəqiq məlumatı yoxdur.

“Hazırda bu mövzu ilə bağlı heç bir əminliyim yoxdur, amma hər halda, potensial olaraq minaların çıxarılması zərurətinə hazırlaşırıq”, - deyə Votrin bildirib.

Nazirin sözlərinə görə, mina təmizləmə gəmiləri Fransa və Böyük Britaniyanın mümkün birgə missiyası çərçivəsində regiona göndərilib. O, həmçinin Fransanın Cibutidəki bazasında artıq bir gəminin yerləşdiyini qeyd edib.

Məlumata görə, "CBS News" ABŞ kəşfiyyatına istinadən Hörmüz boğazında ən azı 10 minanın aşkar edildiyini bildirib. ABŞ rəsmiləri isə bu məlumatı adlarının açıqlanmasını istəmədən təsdiqləyiblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…