Əsas məzmuna keç

"ABŞ İranın dəniz blokadasını qeyri-müəyyən müddət davam etdirə bilər"

"ABŞ İranın dəniz blokadasını qeyri-müəyyən müddət davam etdirə bilər"

Müdafiə naziri Pit Heqset Hörmüz boğazında gərginliyin artacağını istisna etmir. ABŞ Hərbi Dəniz Qüvvələrinin bu addımı enerji bazarlarında ciddi təşviş yaradıb.

en ru

ABŞ-nin Pit Vaşinqtonun İrana tətbiq etdiyi blokadasını qeyri-müəyyən müddətə davam etdirə biləcəyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Heqset ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgədəki mövcudluğunu növbəli şəkildə davam etdirə biləcəyini bildirib.

“ABŞ Hərbi Dəniz Qüvvələri blokadanı qeyri-müəyyən müddət davam etdirə bilər. Çünki gəmiləri indiyədək etdiyimiz və bundan sonra da edəcəyimiz kimi növbə ilə bölgəyə göndərib geri çəkəcəyik”, - o deyib.

Müdafiə naziri blokadanın konkret vaxt məhdudiyyətinin olmadığını vurğulayaraq, onun lazım olduğu müddətcə davam etdiriləcəyini bildirib.

Heqsetin açıqlaması ABŞ-İran arasında gərginliyin davam etdiyi və boğazında gəmiçiliklə bağlı vəziyyətin daha da mürəkkəbləşdiyi bir vaxtda səslənib.

ABŞ-nin blokadanı uzun müddət davam etdirə biləcəyi barədə açıqlama bazarlarında da narahatlığı artırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…