Əsas məzmuna keç

İrandan Astaraya PUA ilə göndərilən narkotik aşkarlanıb - VİDEO

İrandan Astaraya PUA ilə göndərilən narkotik aşkarlanıb - VİDEO

Ölkə ərazisinə pilotsuz uçuş aparatı vasitəsilə külli miqdarda narkotik vasitələrin gətirilməsi, lokasiyası ötürülən yerlərdən götürülərək ayrı-ayrı...

Ölkə ərazisinə pilotsuz uçuş aparatı vasitəsilə külli miqdarda narkotik vasitələrin gətirilməsi, lokasiyası ötürülən yerlərdən götürülərək ayrı-ayrı ünvanlara çatdırılması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında əməkdaşları xüsusi əməliyyat keçiriblər.

DİN-in Mətbuat xidmətinin regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşkarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 32 yaşlı Rövşən Axundzadə saxlanılıb. Həmin şəxsdən ölkə ərazisinə əvvəlcədən sövdələşdiyi İranda yaşayan narkotacir tərəfindən vasitəsilə göndərilmiş 4 kiloqrama yaxın marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı ilə saxlanılan şəxsin bundan əvvəl də eyni üsulla əldə edərək rayonun Qapıçıməhəllə kəndi ərazisindəki naringi bağında gizlətdiyi əlavə 4 kiloqram marixuana da aşkarlanaraq götürülüb.

Faktla bağlı başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…