Operativ Məlumat Mərkəzi

İranda silahlı iğtişaşlarda ittiham olunan şəxslər açıq məhkəməyə çıxarılacaq

1 dəq
Paylaş:
İranda silahlı iğtişaşlarda ittiham olunan şəxslər açıq məhkəməyə çıxarılacaq
son iğtişaşlarla bağlı bir sıra əsas fiqurantların məhkəmələrinin açıq keçirilməsi və proseslərin kütləvi informasiya vasitələrində işıqlandırılması üçün...

İranın məhkəmə hakimiyyətinin rəhbəri Qolam Hüseyn Möhseni-Ejei ölkədə baş vermiş silahlı iğtişaşların əsas iştirakçılarından bəzilərinin açıq məhkəmə prosesinə çıxarılacağını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, son iğtişaşlarla bağlı bir sıra əsas fiqurantların məhkəmələrinin açıq keçirilməsi və proseslərin kütləvi informasiya vasitələrində işıqlandırılması üçün tədbirlər görüləcək.

Agentlik qeyd edir ki, məhkəmə hakimiyyətinin rəhbəri artıq Tehrandakı həbsxanalardan birinə baş çəkib. O, burada təxminən beş saat keçirərək saxlanılan şəxslərin işləri və ümumi vəziyyətlə tanış olub.

Xatırladaq ki, bundan bir gün əvvəl İran polisi hüquq-mühafizə orqanlarına hücumlarda və iğtişaşlarda iştirakda ittiham olunan təxminən 300 nəfərin saxlanıldığını açıqlamışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər