Əsas məzmuna keç

İranda itkilərin sayı açıqlandı: 3375 ölü

İranda itkilərin sayı açıqlandı: 3375 ölü

Abbas Məscidi İsrail və ABŞ ilə müharibədəki itkiləri bəyan etdi. 3375 qurban arasında yüzlərlə uşaq var. İslamabad görüşündən sonra son vəziyyət necədir? Daha çox:

en ru

İranda müharibə itkiləri ilə bağlı yeni rəqəmlər açıqlanıb.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, İran Məhkəmə Tibbi Ekspertizası Təşkilatı rəhbəri Məscidi bildirib ki, İsrail və ABŞ-ın İrana qarşı başlatdığı münaqişə nəticəsində ən azı 3375 nəfər həlak olub.

Məlumata görə, o, ölənlərin cins tərkibi barədə də məlumat verərək 2875 nəfərin kişi, 496 nəfərin qadın olduğunu qeyd edib. Həmçinin 4 nəfərin şəxsiyyətinin hələ müəyyən edilmədiyi bildirilib.

Masjedi əlavə edib ki, ölənlər arasında 383 nəfər 18 yaşdan kiçik uşaqdır.

Qeyd edək ki, 8 aprel tarixində İran və arasında atəşkəs elan edilib. Bundan sonra 11–12 aprel tarixlərində İslamabadda Pakistanın vasitəçiliyi ilə tərəflər arasında danışıqlar aparılsa da, yekun razılaşma əldə olunmayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…