Əsas məzmuna keç

İran XİN: "Hər hansı hücuma qarşı özümüzü müdafiə etməyə hazırıq"

İran XİN: "Hər hansı hücuma qarşı özümüzü müdafiə etməyə hazırıq"

İranın xarici işlər naziri Abbas Araqçı ölkəsinin nüvə proqramının sülhməramlı olduğunu və ABŞ ilə əsas prinsiplər üzrə razılığa gəldiklərini bəyan edib.

en ru

İranın naziri Abbas Araqçı Təşkilatının (BMT) Cenevrə ofisində keçirilən Tərksilah Konfransında mühüm bəyanatlarla çıxış edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nazir qlobal və təhlükəsizlik arxitekturasının son illərdə görünməmiş gərginliklər və mürəkkəb çağırışlarla üzləşdiyini, bunun isə dünya sabitliyi üçün ciddi risklər yaratdığını bildirib.

Araqçı bəzi ölkələrin təhlükəsizlik doktrinalarında silahlarından asılılığın artdığını vurğulayaraq, bəşəriyyətin hazırda 12 mindən çox nüvə başlığının kölgəsində yaşadığını qeyd edib.

O, İran tərəfinin nüvə proqramının tamamilə sülhməramlı xarakter daşıdığını və bu istiqamətdəki bütün narahatlıqları aradan qaldırmağa hazır olduqlarını diqqətə çatdırıb.

Çıxış zamanı nazir -nin "Birgə Hərtərəfli Fəaliyyət Planı"ndan (JCPOA) birtərəfli qaydada çıxmasını tənqid edərək, bu addımın beynəlxalq etimada ağır zərbə vurduğunu bildirib.

“İran hər zaman nəticəyə yönəlmiş və mənalı dialoqa hazırdır. Cenevrədə ABŞ nümayəndələri ilə ikinci raund danışıqlar keçirilib. Tərəflər arasında əsas prinsiplər üzrə ilkin razılıq əldə olunub”.

Sonda nazir ölkəsinin müdafiə qabiliyyətinə toxunaraq xəbərdarlıq edib:

"İran hər hansı təhdid və ya hücum aktına qarşı özünü müdafiə etməyə tam hazırdır. Ölkəmizə qarşı yönələcək hər hansı hücumun nəticələri yalnız region və sərhədlərimizlə məhdudlaşmayacaq".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…