Əsas məzmuna keç

İran XİN: Hər hansı bir hücuma cavab veriləcək

İran XİN: Hər hansı bir hücuma cavab veriləcək

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ABŞ-ın hərbi təhdidlərinə münasibət bildirərək, ölkəsinin müdafiə qabiliyyətinin yüksək olduğunu vurğulayıb.

ru en

İran Xarici İşlər Nazirliyinin katibi İsmayıl Bekayi ABŞ-nin İrana qarşı mümkün hərbi hücum hazırlıqları ilə bağlı iddialara kəskin reaksiya verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, rəsmi Tehranın hər hansı təcavüzə qarşı daha sərt addımlar atacağını bəyan edib.

"İran həm mövcud potensialına, həm də keçmiş hərbi təcrübələrinə güvənir. Hazırda ölkənin qabiliyyəti əvvəlki dövrlərlə müqayisədə daha güclüdür. Bölgəyə hərbi qüvvələrin və döyüş gəmilərinin göndərilməsi hüququn açıq şəkildə pozulmasıdır. Bu cür addımlar İranın öz suverenliyini qorumaq əzmini sarsıda bilməz. Bölgə ölkələri anlayırlar ki, yarana biləcək hər hansı problemi yalnız İranı hədəf almır. Bu, bütün region üçün ortaq narahatlıq mövzusudur. İran hazırda həm ABŞ, həm də "Sionist rejimi" tərəfindən idarə olunan hibrid müharibə və müxtəlif təhdidlərlə üz-üzədir".

Bundan əlavə, İsmayıl Bekayi İranın naziri Abbas Ərakçi ilə ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff arasında mesaj mübadiləsi aparıldığına dair yayılan xəbərləri qəti şəkildə təkzib edib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…