Əsas məzmuna keç

İran Xəzərdəki "Anna" gəmisinə hücumla bağlı hüquqi prosesə başladı

İran Xəzərdəki "Anna" gəmisinə hücumla bağlı hüquqi prosesə başladı

İranın Həştərxandakı baş konsulu "Anna" gəmisinə edilən dron hücumunun təcavüz aktı olduğunu bildirib.

ru en

İran Rusiyanın şəhərindəki "Anna" gəmisinə qarşı Xəzər dənizində həyata keçirilən ilə bağlı rəsmi hüquqi prosesə başladığını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İranın Rusiyanın Həştərxan şəhərindəki baş konsulu Əhməd Heydərian məlumat verib.

Bildirilib ki, diplomat baş verən hadisəni normalarına zidd təcavüz aktı kimi qiymətləndirib. Onun sözlərinə görə, İran tərəfi hücumu ciddi şəkildə pisləyir və insidentin cavabsız qalmayacağını vurğulayır.

Qeyd olunub ki, Heydərian hücumun arxasında Ukraynanın dayandığının iddia edildiyini, bununla bağlı müvafiq hüquqi prosedurların icra olunduğunu bildirib. İranın hadisənin bütün təfərrüatlarını araşdırmaq və məsul şəxslərin hüquq çərçivəsində cavabdehliyə cəlb olunması üçün addımlar atacağı qeyd edilib.

Bildirilib ki, Tehran Xəzər dənizində baş verən insidentin regionun təhlükəsizliyinə mənfi təsir göstərdiyini vurğulayaraq, sularda gəmilərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini diqqətə çatdırıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…