Əgər ABŞ Xarq adasını ələ keçirməyə cəhd edərsə, bölgədəki Amerika hərbi bazalarına helikopter hücumları olacaq.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İran parlamentinin deputatı Mənuçöhr Möttəki açıqlama verib.
İranlı deputat qeyd edib ki, belə bir addım atılacağı təqdirdə, İran ABŞ hərbçilərini əsir götürəcək. O, fikrini bu cür ifadə edib: “Əgər onlar belə bir addımı atmağa cəhd edərsə, biz niyə regiondakı bazalarına helikopterlərlə enib onların hərbçilərini əsir götürməyək?”
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha öncə ABŞ Mərkəzi Komandanlığının məhz İranın Xarq adasına böyük bir bombardman həyata keçirdiyini bildirmişdi.