Əsas məzmuna keç

ABŞ-nin raket ehtiyatları İranla mümkün eskalasiyanı məhdudlaşdırır?

ABŞ-nin raket ehtiyatları İranla mümkün eskalasiyanı məhdudlaşdırır?

Den Keyn Donald Trampa hərbi ssenariləri təqdim edərkən sursat çatışmazlığı ilə bağlı xəbərdarlıq edib. Vaşinqtonun Tehranla gərginliyindəki real vəziyyət nədir?

ru en

ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn ölkə prezidenti Trampa birbaşa məlumat verərək bildirib ki, mövcud ehtiyatlarının vəziyyəti Vaşinqtonun İrana qarşı mümkün eskalasiyasını məhdudlaşdırır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağı "Associated Press" məlumat yayıb.

Bildirilib ki, Den Keyn Trampa İrana qarşı əməliyyatların davam etdirilməsi ilə bağlı müxtəlif ssenariləri təqdim , sursat və xüsusilə raket ehtiyatlarının məhdud olduğunu da diqqətə çatdırıb.

Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Donald Tramp ölkənin, o cümlədən hava hücumundan müdafiə raketləri ehtiyatının azalmasının İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpasından imtina edilməsinə səbəb olması ilə bağlı xəbərləri təkzib etmişdi.

Xatırladaq ki, "The New York Times" yazmışdı ki, Tramp raket ehtiyatlarının tükənə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən İrana qarşı hərbi eskalasiyanı təxirə salıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…