İran Tehrana növbəti hücum barədə məlumat verib, paytaxt səmasında hazırda hava hücumundan müdafiə (HHM) vasitələri fəaliyyət göstərir.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu barədə "Mehr" informasiya agentliyi xəbər verir.
"Şəhərdə partlayış səsləri eşidilir, HHM sistemləri işə düşüb", - agentliyin məlumatında bildirilib.
Qeyd olunub ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələri Hayfadakı (İsrail) sənaye obyektlərinə raket zərbəsi endiriblər.
Məlumata görə, zərbə İsrail Müdafiə Ordusunun İranın cənub-qərbindəki Mahşəhrdə neft-kimya sənayesi obyektlərinə hücumlarına birbaşa cavab olaraq endirilib.