Əsas məzmuna keç

İran hərbi görüntülərin yayılmasını qadağan etdi

İran hərbi görüntülərin yayılmasını qadağan etdi

İran rəsmiləri milli təhlükəsizliyə təhdid yaradan kəşfiyyat xarakterli foto və videolarla bağlı sərt qərar qəbul edib. Qanunu pozanları nə gözləyir?

en ru

İran Baş Prokurorluğu mərmi düşən ərazilərin foto və videolarının yayılması ilə bağlı yeni xəbərdarlıq yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, qurum bu barədə bazar ertəsi günü açıqlama verib.

Məlumata görə, əgər yayılan foto və ya video materiallar “düşmənin görüntüsünü tamamlayırsa”, bu, cinayət məsuliyyəti yarada bilər.

Baş Prokurorluq belə məzmunu paylaşan şəxslərə qarşı qanuni tədbirlər görüləcəyini bildirib və məsul şəxslərin “qətiyyətli hüquqi cavabla” üzləşəcəyi barədə xəbərdarlıq edib.

Qurumun açıqlamasında vurğulanıb ki, bu cür məlumatların yayılması milli təhlükəsizlik baxımından ciddi risk yarada bilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…