İran İslam Respublikası ABŞ ilə dondurulmuş nüvə danışıqlarını yenidən canlandırmağa hazırlaşır.
"Operativ Məlumat Mərkəzi-OMM" "Fars" xəbər agentliyinə istinadən xəbər verir ki, Prezident Məsud Pezeşkian bu məsələ ilə bağlı danışıqlara başlamaq əmrini verib.
Mənbənin bildirdiyinə görə, tərəflər arasında keçiriləcək görüşlər müstəsna olaraq nüvə mövzusunu əhatə edəcək. Digər siyasi və ya regional məsələlərin müzakirə predmeti olmayacağı vurğulanır.