Əsas məzmuna keç

Məsud Pezeşkian ABŞ-İran anlaşma memorandumunu yayımladı - FOTO

Məsud Pezeşkian ABŞ-İran anlaşma memorandumunu yayımladı - FOTO

Məsud Pezeşkianın paylaşdığı sənəddə Donald Tramp və Şahbaz Şərifin imzası diqqət çəkdi. Tehran və Vaşinqton arasında gözlənilməz razılaşmanın detalları nədir?

en ru

İran Prezidenti ABŞ və İran arasında imzalanan anlaşma memorandumunun fars dilində mətnini yayımlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Pezeşkian sənədi özünün X hesabında paylaşaraq memorandumun İran xalqının mövqeyini əks etdirdiyini bildirib.

İran liderinin sözlərinə görə, sənəd ləyaqətini və müstəqilliyini təhdid və təzyiq qarşılığında güzəştə getməyən bir millətin səsini ifadə edir.

Pezeşkian qeyd edib ki, memorandum milli sədaqət, siyasi düşüncə və məsuliyyətli diplomatiyanın nəticəsidir.

“Bu gün qeydə alınanlar milli sədaqət, siyasi rasionallıq və məsuliyyətli diplomatiyanın nəticəsidir”, - deyə İran prezidenti yazıb.

Paylaşdığı sənəd görüntüsündə memorandumun ABŞ Prezidenti Tramp və Pakistan Şərif tərəfindən də imzalandığı görünür.

photo_331672.webp
Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…