Əsas məzmuna keç

Məsud Pezeşkian Pakistanın dəstəyinə görə Şahbaz Şərifə təşəkkür edib

Məsud Pezeşkian Pakistanın dəstəyinə görə Şahbaz Şərifə təşəkkür edib

İslamabad və Tehran arasındakı diplomatik əlaqələr güclənir. Şahbaz Şərifin dəvəti və ABŞ ilə imzalanan memorandum regional sülh üçün yeni mərhələ vəd edir.

en ru

Pakistanın Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkianla apardığını və onu Pakistana rəsmi səfərə dəvət etdiyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Şərif Pakistan parlamentindəki çıxışı zamanı bildirib.

Baş nazirin sözlərinə görə, telefon danışığında çətin dövrdə İranı dəstəklədiyinə görə Pakistan hökumətinə və xalqına təşəkkürünü ifadə edib.

Şərif vurğulayıb ki, Pakistan və İran yalnız qonşu ölkələr deyil, həm də qardaş xalqlardır.

O, həmçinin Pakistanın ABŞ və İran arasında aparılan sülh səylərində oynadığı rolu yüksək qiymətləndirərək, İslamabad Memorandumunu ölkənin nüfuzunu artıran tarixi diplomatik nailiyyət kimi dəyərləndirib.

qeyd edib ki, danışıqlar prosesində atəşkəsin baş tutmayacağı ilə bağlı narahatlıqlar yaransa da, Pakistan hər zaman həll yolunun tapılması istiqamətində fəaliyyət göstərib.

Xatırladaq ki, iyunun 18-də ABŞ Prezidenti Donald Tramp, İran Prezidenti Məsud Pezeşkian və Pakistanın Baş naziri Şahbaz Şərif arasında anlaşma memorandumu imzalanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…