Əsas məzmuna keç

Pezeşkian istefa verir?

Pezeşkian istefa verir?

İran dövlət başçısı istefa verməsi ilə bağlı yayılan iddiaları qətiyyətlə təkzib edərək, mübarizəni davam etdirəcəyini bəyan edib.

ru en

İran Prezidenti istefa verməsi ilə bağlı iddialara münasibət bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi “IRNA” məlumat yayıb.

Məlumata görə, yayımlanan video müraciətində istefa verdiyi və ya belə bir addım atmağa hazırlaşdığı barədə xəbərlərin həqiqəti əks etdirmədiyini qeyd edib.

“Əgər istefa versəydim, bunu açıq şəkildə elan edərdim. İstefa verməyəcəyəm, mübarizəmi davam etdirəcəyəm”, - deyə İran Prezidenti bildirib.

Qeyd olunub ki, Pezeşkiyan həmçinin ölkənin ali lideri və Silahlı Qüvvələrlə fikir ayrılığı yaşaması barədə yayılan məlumatları da təkzib edib.

Silahlı Qüvvələrlə tam uyğunluq şəraitində çalışdıqlarını vurğulayıb və hər hansı fikir ayrılığı yaranacağı təqdirdə, Silahlı Qüvvələrin onun deyil, birbaşa Xameneinin mövqeyini dəstəkləyəcəyinin məlum olduğunu bildirib.

Bildirilib ki, bəzi dairələr hakimiyyət daxilində süni gərginlik yaratmağa çalışır və bu tip məlumatlar ictimai rəyi çaşdırmaq məqsədi daşıyır.

Xatırladılıb ki, daha əvvəl bəzi müxalif media orqanlarında Pezeşkiyanın Xameneiyə bir neçə dəfə istefa ərizəsi təqdim etdiyi barədə iddialar yayılmışdı. Prezidentin xalqa müraciətinin tam versiyasının dörd hissədən ibarət olacağı gözlənilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…