Əsas məzmuna keç

İran ordusu ABŞ ilə gərginlik fonunda hərbi təlimlərə başlayır

İran ordusu ABŞ ilə gərginlik fonunda hərbi təlimlərə başlayır

İran Silahlı Qüvvələri İraqla sərhəd bölgəsində genişmiqyaslı hərbi manevrlər həyata keçirəcək.

ru en

İran ordusu fevralın 2-si və 3-də İraqla həmsərhəd bölgələrdə keçirəcəyini elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu addım rəsmi Tehran və Vaşinqton arasında gərginliyin artdığı bir dövrə təsadüf edir.

Təlimlər Qəsri-Şirin şəhəri yaxınlığında baş tutacaq.

Şəhər rəhbərliyi yerli sakinləri təlimlər zamanı eşidilə biləcək partlayış səsləri ilə bağlı əvvəlcədən xəbərdar edib və narahatlığa əsas olmadığını bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti bir müddət əvvəl Amerikanın donanmasının İrana doğru istiqamət aldığını bəyan etmişdi. Ağ Ev rəhbəri Tehranın danışıqlar masasına oturaraq yeni bir saziş imzalayacağına ümid etdiyini vurğulayıb. Bununla yanaşı, 2025-ci ilin iyununda həyata keçirilmiş "Midnight Hammer" əməliyyatını xatırladaraq, mümkün yeni hücumların daha sarsıdıcı olacağı barədə xəbərdarlıq edib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…