Əsas məzmuna keç

Türkiyə Silahlı Qüvvələri üçün mühüm qərarlar qəbul ediləcək

Türkiyə Silahlı Qüvvələri üçün mühüm qərarlar qəbul ediləcək

Ankarada Ali Hərbi Şura iclası keçiriləcək: Rəcəb Tayyib Ərdoğan ordu rəhbərliyi və generalların təyinatı ilə bağlı gözlənilən dəyişiklikləri təsdiqləyəcək.

en ru

Türkiyənin Ali Hərbi Şurası bu gün ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanacaq və Silahlı Qüvvələrlə bağlı mühüm qərarlar gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Silahlı Qüvvələrindəki təyinat, təqaüdə göndərilmə və xidmət müddətlərinin uzadılmasına dair qərarlar qəbul ediləcək. Bəzi şəxslərin vəzifə və rütbəsi artırılacaq, bir qisminin isə təyinatı dəyişdiriləcək.

Generallar, admirallar və polkovniklərin xidmət müddətlərinə dair dosyelər nəzərdən keçiriləcək.

qərarları prezidentin təsdiqindən sonra açıqlanacaq. Ərdoğanın sədrliyi ilə keçirilən iclasda ədliyyə maziri Akın Gürlek, naziri Mustafa Çiftçi və Quru Qoşunları Komandanı Metin Tokel ilk dəfə iştirak edəcəklər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…