Əsas məzmuna keç

Gürcüstandan deportasiya olunan 98 nəfər arasında azərbaycanlılar var

Gürcüstandan deportasiya olunan 98 nəfər arasında azərbaycanlılar var

Rəsmi Tbilisi qanunsuz miqrasiya ilə bağlı keçirdiyi reydlər nəticəsində saxlanılan xarici ölkə vətəndaşlarını, o cümlədən Azərbaycan sakinləri ölkədən çıxarıb.

en ru

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlərdə 98 xarici vətəndaşı ölkədən deportasiya ediblər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, deportasiya tədbirləri nazirliyin müvafiq bölmələri ilə əlaqələndirilmiş şəkildə həyata keçirilib. Nəticədə , Pakistan, , Kuba, , , Hindistan, Livan, İordaniya, Nigeriya, Tailand, Filippin, Banqladeş, Efiopiya, İraq, və digər ölkələrin vətəndaşları Gürcüstandan çıxarılıblar.

Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana yenidən daxil olması qadağan edilib.

Nazirliyin məlumatına görə, bu ilin əvvəlindən Miqrasiya Departamentinin əməkdaşları tərəfindən 3 500-dən çox xarici vətəndaş ölkədən deportasiya olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…