Əsas məzmuna keç

İran Prezidenti: ABŞ və İsrailin cinayətləri cavabsız qalmayacaq

İran Prezidenti: ABŞ və İsrailin cinayətləri cavabsız qalmayacaq

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ölkəsinə qarşı törədilən təcavüzkar hərəkətlərin hüquqi müstəvidə izləniləcəyini bəyan edib.

en ru

İran Prezidenti ölkəsinə qarşı həyata keçirildiyini iddia etdiyi son hücumlarla bağlı açıqlama verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ABŞ və İsrail tərəfindən İran xalqına qarşı törədildiyini iddia etdiyi hərəkətlərin cavabsız qalmayacağını bildirib.

Məlumata görə, rəsmi Tehranın məsələni normaları çərçivəsində və bütün diplomatik vasitələrdən istifadə etməklə qətiyyətlə izləyəcəyini vurğulayıb.

Bildirilir ki, Pezeşkianın sözlərinə əsasən, İranın məqsədi bu addımları hüquqi müstəvidə gündəmə gətirmək və məsul şəxslərin beynəlxalq hüquq çərçivəsində cavabdeh olmasına nail olmaqdır.

Qeyd edək ki, son dövrlərdə Yaxın Şərqdə gərginliyin artması fonunda İran rəhbərliyi beynəlxalq platformalarda diplomatik fəaliyyətini daha da intensivləşdirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…