Əsas məzmuna keç

İran rəsmiləri “sinif əsaslı internet”ə qarşı çıxdı: Bərabər çıxış tələb olunur

İran rəsmiləri “sinif əsaslı internet”ə qarşı çıxdı: Bərabər çıxış tələb olunur

Məhəmmədrza Aref və Səttar Haşimi rəqəmsal ayrı-seçkiliyi pisləyib, "ağ siyahı" modelini tənqid etdilər. Tehranda internet qadağaları ləğv edilir? Detallar mətndə.

en ru

İran rəsmiləri internetə çıxışda bərabərlik çağırışı edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İranın iki yüksək vəzifəli rəsmisi açıqlama verib.

Bildirilib ki, ölkədə geniş məhdudiyyətləri və qlobal şəbəkələrə çıxışın ciddi şəkildə məhdudlaşdırılması davam etdiyi bir vaxtda rəsmilər qeyri-bərabər internet siyasətini tənqid ediblər.

İranın Vitse-prezidenti Məhəmmədrza Aref qeyd edib ki, cəmiyyətin bütün təbəqələri üçün bərabər və ayrı-seçkiliyə yol verməyən internetə çıxış təmin edilməlidir.

“ əsaslı internet hökumətin ədalətə yönəlmiş yanaşması ilə uyğun deyil”, – deyə o bildirib.

Aref əlavə edib ki, internetə çıxışda hər hansı məhdudiyyət rəqəmsal imkanlar arasında fərqləri artırır və bunun qarşısı alınmalıdır.

Rabitə və informasiya texnologiyaları naziri də “sinif əsaslı internet” və “ağ siyahı əsaslı giriş” modelinin dövlət siyasətində yer almadığını vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…