Əsas məzmuna keç

İran rəhbərliyi təhlükəsizliyinin təmin olunmasında laqeydlik edib

İran rəhbərliyi  təhlükəsizliyinin təmin olunmasında  laqeydlik edib

"İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin ölkəmizin İrandakı səfirliyinə...

"İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub".

“Opertiv Məlumat Mərkəzi-OMM xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin ölkəmizin İrandakı səfirliyinə qarşı törədilən aktı ilə bağlı yaydığı bəyanatda qeyd edilib.

Bildirilib ki, bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb: “Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir.Son zamanlar İranda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılmasının diplomatik missiyamıza qarşı bu kimi hücumlara rəvac verdiyi qənaətindəyik”.

Xatırladaq ki, yanvarın 27-də vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…