Əsas məzmuna keç

"İran PUA-sı öz missiyasını uğurla yerinə yetirib"

"İran PUA-sı öz missiyasını uğurla yerinə yetirib"

Tehranın "Shahed-129" kəşfiyyat dronu ABŞ qırıcısı tərəfindən vurulmazdan öncə "Abraham Linkoln" gəmisi yaxınlığında tapşırığını icra edib. Hadisənin şok detalları:

en ru

"İranın pilotsuz təyyarəsi ABŞ qırıcı təyyarəsi tərəfindən vurulmazdan əvvəl sularda öz missiyasını uğurla başa vurub".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "Mehr" xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, bu kəşfiyyat dronlarının missiyası İslam Respublikasına bitişik ərazilərdə bütün hərəkətləri davamlı olaraq izləməkdir.

Qeyd olunub ki, dron məlumatları toplayır və real vaxt rejimində ötürür.

Öz növbəsində, məlumatlı mənbə Amerika qırıcısının " " təyyarədaşıyan gəmisinə yaxınlaşan pilotsuz təyyarəni vurması barədə məlumatı şərh edərək, "Tasnim" agentliyinə bunun "Shahed-129" pilotsuz təyyarəsi olduğunu bildirib.

Mənbə bildirib ki, "Şahed-129 pilotsuz təyyarəsi beynəlxalq sularda kəşfiyyat, müşahidə və çəkiliş kimi adi və qanuni missiyasını yerinə yetirib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…