Operativ Məlumat Mərkəzi

Xamenei ABŞ-ın uranın zənginləşdirilməsini dayandırmaq təklifini rədd edib

1 dəq
Paylaş:
Xamenei ABŞ-ın uranın zənginləşdirilməsini dayandırmaq təklifini rədd edib

İran lideri Əli Xamenei ABŞ-ın İranın uranın zənginləşdirilməsi üzrə fəaliyyətini tamamilə dayandırmasını nəzərdə tutan təklifini rədd edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Xamanei İranın uranın zənginləşdirilməsi fəaliyyətlərinin tamamilə dayandırılmasını ehtiva edən ABŞ-ın nüvə razılaşması təklifini "milli müstəqillik" üçün təhlükə kimi qiymətləndirib.

"İran böyük səylərdən sonra nüvə yanacaq dövrəsini tamamlaya bilib. Nüvə sənayesi təkcə enerji məqsədləri üçün deyil. Nüvə sənayesi böyük sənayedir. Nüvə sənayesi bir çox elmi sahələrə təsir edir. Uran zənginləşdirilməsi nüvə məsələsinin açarıdır", - deyə o qeyd edib

Bu xəbəri paylaş

Oxşar xəbərlər