Əsas məzmuna keç

İran Prezidenti Səudiyyə Ərəbistanı kralı və vəliəhdinə məktub göndərib

İran Prezidenti Səudiyyə Ərəbistanı kralı və vəliəhdinə məktub göndərib

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman İran Prezidenti İbrahim Rəisidən ayrı-ayrılıqda məktublar alıblar....

kralı bin və vəliəhd şahzadə Məhəmməd bin Salman İran Prezidenti İbrahim Rəisidən ayrı-ayrılıqda məktublar alıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı KİV-i məlumat yayıb.

Bildirilib ki, məktublarda ikitərəfli münasibətlərin inkişafı vurğulanıb.

Səudiyyə Mətbuat Agentliyinin məlumatına görə, məktublar İranın Ər-Riyaddakı səfiri Əlirza Enayat ilə görüş zamanı Səudiyyə Ərəbistanı nazirinin müavini Vəlid Əl-Xuraiciyə verilib.

Qeyd edək ki, 2016-cı ildə tərəflər arasında diplomatik əlaqələr kəsilib. Buna səbəb kimi səudiyyəli şiə ruhanisinin edamı və bunun ardınca Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğuna hücumdur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…