İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sözçüsü Həsən Qaşqavi ABŞ Prezidenti Donald Trampın Tehranın Vaşinqtonla yenidən danışıqlara can atdığı barədə bəyanatını həqiqətə uyğun olmadığını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
O, Trampın İranın danışıqlar üçün müraciət etdiyi ilə bağlı iddiasının reallığı əks etdirmədiyini vurğulayıb.
Qaşqavinin sözlərinə görə, ABŞ prezidentinin bu cür açıqlamaları əsasən neft qiymətlərini aşağı salmağa hesablanıb və bazarlara təsir göstərmək məqsədi daşıyır.
İranlı deputat həmçinin Trampa düşdüyü bataqlıqdan çıxmaq üçün daha təsirli yollar axtarmağı tövsiyə edib.
Qeyd edək ki, Donald Tramp iyulun 21-də İranın ABŞ ilə yeni görüş keçirmək istədiyini bildirmişdi.