Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Bu, dünyanın digər bölgələrində də təkrarlana bilər"

2 dəq
Paylaş:
"Bu, dünyanın digər bölgələrində də təkrarlana bilər"

"İranın Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etməsi gələcəkdə dünyanın digər bölgələrində də oxşar halların yaranmasına səbəb ola bilər".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri ABŞ Marko Rubio deyib.

Onun sözlərinə görə, İranın Hörmüz boğazında gəmiçiliyə nəzarət etmək hüququ mövcud hüquqi mexanizmlərin heç birində nəzərdə tutulmayıb.

"Əgər Yaxın Şərqdə bir dövlətin dəniz marşrutuna nəzarət etməsi, gəmilərdən keçid haqqı alması və ödənişdən imtina edənlərə qarşı güc tətbiq etməsi presedentə çevrilərsə, bu, dünyanın digər bölgələrində, o cümlədən Asiya-Sakit okean regionunda da təkrarlana bilər", - Rubio bildirib.

katibi vurğulayıb ki, bu vəziyyət beynəlxalq gəmiçilik azadlığının əsas prinsiplərini təhlükə altına qoyur və bunun nəticəsində iqtisadiyyat, eləcə də son 150 il ərzində beynəlxalq ticarəti tənzimləyən qaydalar ciddi risklə üzləşə bilər.

Rubio həmçinin bildirib ki, Tehran həm birbaşa, həm də vasitəçilər üzərindən Vaşinqtona danışıqların bərpası ilə bağlı təkliflər göndərib.

Lakin onun sözlərinə görə, ABŞ İranın bu məsələdə səmimi olduğuna inanmır.

"Əgər İran danışıqlara ciddi yanaşdığını nümayiş etdirsə, ABŞ də eyni münasibəti göstərəcək. Əks halda, biz öz maraqlarımızı və müttəfiqlərimizin təhlükəsizliyini qorumaq üçün zəruri addımları atacağıq", - Rubio əlavə edib.

O, bununla yanaşı, ABŞ-nin konstruktiv və müsbət danışıqlarda iştirak etməyə hazır olduğunu da vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax