ABŞ-nin İrana qarşı hərbi əməliyyatı Böyük Britaniyanın iqtisadiyyatına mənfi təsir göstərir və ölkədə həyat səviyyəsinin aşağı düşməsinə səbəb olur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Reyçel Rivz “The Daily Mirror” qəzetinə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, ABŞ-nin münaqişəyə aydın çıxış planı olmadan daxil olması ciddi narahatlıq doğurur və bu vəziyyət iqtisadi qeyri-sabitlik yaradır.
Rivz qeyd edib ki, hazırda Hörmüz boğazı ilə bağlı yaranan gərginlik beynəlxalq ticarətə və enerji bazarlarına təsir göstərir.
Nazir vurğulayıb ki, Böyük Britaniya ABŞ-nin bölgədəki hərbi addımlarını dəstəkləmir və bu yanaşmanı doğru hesab etmir.
O əlavə edib ki, münaqişə Britaniyada ailələrə və bizneslərə mənfi təsir göstərir və iqtisadi artım tempinin azalmasına səbəb ola bilər.