Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran: ABŞ blokadası ərzaq qıtlığı yaratmayacaq

2 dəq
Paylaş:
İran: ABŞ blokadası ərzaq qıtlığı yaratmayacaq

ABŞ-nin dəniz blokadası təminatına ciddi təsir göstərməyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İranın təsərrüfatı naziri Qulamrza açıqlama verib.

Məlumata görə, nazir ABŞ-nin dəniz blokadasına baxmayaraq ölkənin zəruri ərzaq və mallarla təminatında ciddi problem yaşanmadığını bildirib.

O qeyd edib ki, İranın yerli istehsal imkanları və marşrutları vəziyyətin sabit qalmasına şərait yaradır.

“ABŞ-nin dəniz blokadasına baxmayaraq, zəruri malların və ərzaq məhsullarının təchizatı ilə bağlı heç bir problemimiz yoxdur. Ölkənin geniş ərazisi sayəsində müxtəlif sərhəd keçid məntəqələrindən idxal edə bilirik”, – deyə nazir bildirib.

Qulamrza Nuri əlavə edib ki, ən pis ssenarilər əvvəlcədən nəzərə alınıb və müvafiq tədbirlər görülüb. Onun sözlərinə görə, bu vəziyyət müəyyən qiymət artımına səbəb ola bilər, lakin ümumi ərzaq təhlükəsizliyi risk altında deyil.

Nazir həmçinin bildirib ki, ölkədə ərzaq məhsullarının təxminən 85 faizi daxili istehsal hesabına təmin olunur və kənd təsərrüfatı sektoru sabit fəaliyyət göstərir.

Qeyd edək ki, ABŞ İran limanlarına qarşı dəniz blokadası tətbiq etdikdən sonra Tehran bunu atəşkəsin pozulması kimi qiymətləndirib və sərt şəkildə pisləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax