Əsas məzmuna keç

İran ordusundan sərt bəyanat: "Geri çəkilməyəcəyik"

İran ordusundan sərt bəyanat: "Geri çəkilməyəcəyik"

General-leytenant Əmir Hatəmi ABŞ və İsrailin təzyiqlərinə cavab verib. Tasnim Tehranın atəşkəsi rədd etməsi və regiondakı gərginlik barədə məlumat yayıb.

en ru

İran ordusunun baş komandanı mübarizənin davam edəcəyini bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə “Tasnim” agentliyi İran ordusunun baş komandanı general-leytenant Hatəminin açıqlamasını yayıb.

Bildirilib ki, Hatəmi çıxışında İranın xarici təzyiqlər və hücumlar qarşısında geri çəkilməyəcəyini vurğulayıb.

“İndi ölkəmiz və əziz xalqımız ən cinayətkar düşmənlərin hücumuna məruz qaldıqda, onlar son damla qanlarına qədər çiyin-çiyinə vuruşacaq və qəti qələbə qazanacaqlar”, – deyə o bildirib.

Qeyd olunub ki, və İsrailin İrana qarşı əməliyyatları və regionda davam edən gərginlik fonunda Tehran rəsmiləri sərt bəyanatlarla çıxış etməyə davam edir.

Məlumata görə, tərəflər arasında aparılan danışıqlarda ciddi fikir ayrılıqları qalmaqdadır və uzunmüddətli razılaşma əldə olunmayıb. İran isə birtərəfli atəşkəs uzadılmasını qəbul etmədiyini açıqlayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…