Əsas məzmuna keç

ABŞ və İran arasındakı gərginlik amerikalıların büdcəsinə 1000 dollara başa gəlib

ABŞ və İran arasındakı gərginlik amerikalıların büdcəsinə 1000 dollara başa gəlib

Fevral ayından bəri davam edən hərbi qarşıdurmalar ABŞ iqtisadiyyatında ciddi inflyasiya təzyiqi yaradıb.

en ru

ABŞ və İran arasında fevral ayından bəri davam edən hərbi gərginliyin Amerika iqtisadiyyatına ciddi təsir göstərdiyi bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Moody’s Analytics” reytinq agentliyinin baş iqtisadçısı Mark Zandi məlumat verib.

Onun açıqlamasına əsasən, münaqişənin başlanmasından sonra , yanacaq və digər zəruri xərclərin artması nəticəsində orta statistik ABŞ ailəsinin illik büdcəsinə təxminən 1000 əlavə yük düşüb.

Məlumata görə, ən ciddi bahalaşma yanacaq sektorunda qeydə alınıb. Benzin qiymətlərinin artması xüsusilə may ayında pik həddə çataraq ailə büdcələrinə orta hesabla 300 dollarlıq əlavə xərc yaradıb.

Bildirilib ki, dizel yanacağının bahalaşması logistika və daşınma sektoruna da birbaşa təsir göstərib. Nəticədə fabriklərdən, limanlardan və kənd təsərrüfatı sahələrindən məhsulların daşınması bahalaşıb, bu isə ərzaq qiymətlərində orta hesabla 200 dollarlıq artıma səbəb olub.

Qeyd olunur ki, qlobal təzyiqləri ABŞ Federal Ehtiyat Sisteminin (Fed) faiz endirimi planlarına da təsir edib. İqtisadçıların hesablamalarına görə, faiz endirimlərinin təxirə salınması və mümkün faiz artımı istehlakçılara əlavə 150 dollar yük gətirə bilər.

Bundan başqa, aviaşirkətlərin yanacaq xərclərini bilet qiymətlərinə daxil etməsi hər ailəyə təxminən 100 dollar, ABŞ Müdafiə Nazirliyinin () regiondakı əməliyyat xərclərinin vergi ödəyicilərinə düşən payı isə əlavə 250 dollar kimi qiymətləndirilir.

Hazırda ABŞ və İran arasında gərginliyin azaldılması üçün Qətərdə danışıqlarının aparıldığı bildirilir. Ekspertlər münaqişənin dayandırılmasının yanacaq qiymətlərinin ilin sonuna doğru normallaşmasına şərait yarada biləcəyini qeyd edirlər.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 01.10.2026

Banklarda alış-satış ›
Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…