Operativ Məlumat Mərkəzi

Qazaxıstan Ermənistanla hava hərəkətinin bərpasını müzakirə edir

1 dəq
Paylaş:
Qazaxıstan Ermənistanla hava hərəkətinin bərpasını müzakirə edir

Qazaxıstan Ermənistanla hava nəqliyyatını bərpa etməyi düşünür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədəjurnalistlərə Qazaxıstanın iqtisadiyyat naziri Serik Jumanqarin bildirib.

Qurum rəsmisi qeyd edib ki, əsas problemlərdən biri Yerevan hava limanında xidmətlərin baha olmasıdır. Onun sözlərinə görə, xidmətlərin qiyməti adambaşına təqribən 65 dollar, təyyarə yanacağının hər tonuna görə isə 1248 dollar təşkil edir.

"Hazırda biz bunun hansısa yolla subsidiyalaşdırılmasından danışırıq. Həm SCAT, həm də FlyArystan bu şərtlər altında uçuşlar həyata keçirməyə hazırdır", - Jumanqarin bildirib

Bu xəbəri paylaş

Oxşar xəbərlər