Əsas məzmuna keç

AZAL təyyarəsinin qəzası: Qazaxıstan araşdırmanı davam etdirir

AZAL təyyarəsinin qəzası: Qazaxıstan araşdırmanı davam etdirir

Astana rəsmiləri Azərbaycan Hava Yollarına məxsus hava gəmisinin başına gələn hadisənin səbəblərini araşdırır. Aviaqəzanın gizli qalan detalları ilə tanış olun.

ru en

Qazaxıstanın Nəqliyyat Nazirliyi Aktau yaxınlığında " Airlines" (AZAL) aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir.

“Operativ Məlumat Mərkəzi-OMM” TASS-a istinadən xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

"Hazırda "Azerbaijan Airlines" aviaşirkətinin Embraer 190 4K-AZ65 hava gəmisinin aviasiya hadisəsinin araşdırılması üzrə komissiya Mülki Aviasiya haqqında Konvensiyanın 13-cü əlavəsinin müəyyən etdiyi standartlara və tövsiyə olunan təcrübəyə uyğun olaraq işini davam etdirir", - nazirlikdən Rusiya və Azərbaycanın xarici siyasət idarələrinin bəyanatından sonra istintaqın davam etdirilməsinin və ya dayandırılmasının planlaşdırılıb-planlaşdırılmadığı sualına cavabında bildirilib.

Nazirlikdən vurğulanıb ki, təhqiqat başa çatdıqdan sonra yekun hesabat Nəqliyyat Nazirliyinin rəsmi saytında dərc olunacaq.

"Hesabatda aviasiya hadisəsinin müəyyən edilmiş səbəbləri, komissiyanın nəticələri və tövsiyələri əks olunacaq", - nazirlikdən bildirilib.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də "Azerbaijan Arilines" aviaşirkətinin Bakıdan Qroznıya uçan "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 62 sərnişin, o cümlədən 37 , 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı, həmçinin beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər ölüb, üç uşaq da daxil olmaqla 29 nəfər sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Azərbaycan və Rusiya 2026-cı ilin aprel ayında AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı faciənin nəticələrinin aradan qaldırılması, o cümlədən qurbanların ailələrinə və zərərçəkənlərə kompensasiya ödənilməsi barədə razılığa gəliblər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…