Əsas məzmuna keç

İran MAQATE-ni Buşehr AES-ə hücumlara görə ittiham etdi

İran MAQATE-ni Buşehr AES-ə hücumlara görə ittiham etdi

Məhəmməd Eslami Rafael Qrossiyə yazdığı məktubda Buşehr AES-ə hücumlar barədə xəbərdarlıq etdi. BMT rəsmisi radioaktiv fəlakət riski qarşısında kəskin tənqid olundu.

en ru

BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin hərəkətsizliyi Atom Elektrik Stansiyası kimi nüvə obyektlərinə qarşı “təcavüzü alovlandırır”.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb.

Məlumatda bildirilib ki, bu açıqlama 6 apreldə tərəfindən Rafael Qrossiyə ünvanlanan məktubda verilib.

Eslami bildirib ki, İranın yeganə fəaliyyətdə olan nüvə elektrik stansiyasına artıq dörd dəfə hücum edilib və aprelin 4-də baş verən son hücum zamanı bir mühafizəçi həlak olub, bir neçə nəfər isə yaralanıb.

O xəbərdarlıq edib ki, bu cür hücumlar fəaliyyətdə olan reaktordan radioaktiv materialların yayılmasına səbəb ola bilər ki, bu da insanlar, və qonşu ölkələr üçün “geri dönməz nəticələrə” yol açar.

Eslami hücumları beynəlxalq hüququn açıq şəkildə pozulması adlandırıb və agentliyin “qətiyyətli tədbir görməməsini” tənqid edərək, sadəcə narahatlıq ifadə etməyin kifayət olmadığını, əksinə, daha çox hücumlara səbəb ola biləcəyini vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…