Əsas məzmuna keç

İran Hörmüz boğazına hərbi nəzarəti bərpa etdi - Açıqlama

İran Hörmüz boğazına hərbi nəzarəti bərpa etdi - Açıqlama

Tehran strateji su yolunda tam idarəçiliyi təmin etdi. Ebrahim Zülfüqari ABŞ-ı ittiham edərək neft tankerləri və ticarət gəmiləri üçün yeni rejimi elan etdi.

en ru

İran Silahlı Qüvvələri boğazına hərbi nəzarəti bərpa edib.

“Operativ Məlumat Mərkəzi-OMM” "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Hərbi Komandanlığının qərargah rəsmisi Ebrahim Zülfüqarinin bəyanatında deyilir.

"Bu strateji əhəmiyyətli boğaz silahlı qüvvələrin ciddi idarəçiliyi və nəzarəti altındadır. Daha əvvəl danışıqlar zamanı əldə edilmiş razılaşmalara uyğun olaraq, İran İslam Respublikası vicdanla məhdud sayda tankerlərinin və gəmilərinin Hörmüz boğazından tənzimlənən rejimdə keçməsinə icazə verməyə razılaşıb. Təəssüf ki, vədlərini dəfələrlə pozan amerikalılar dəniz quldurluğunu davam etdirirlər", - məlumatda qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…