“İran beynəlxalq ictimaiyyətə yalan danışır. Hətta onlar öz insanlarına belə yalan danışır. İranda olan xaos artıq 6 aydır ki, davam edir”.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu İsrail Dövlətinin kəşfiyyat naziri Gila Gamlieli X Qlobal Bakı Forumu çərçivəsində “Yaxın Şərq və ətrafında sülh, stabillik və inkişaf axtarışı” mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.
“Biz görürük ki, orada qadınlar məktəblərdə zəhərlənir. Oradakı qadınlar azadlıq istəyir, - İsrailin kəşfiyyat naziri qeyd edib.