Əsas məzmuna keç

İran ABŞ-nin Hindistan gəmilərinə hücumunu "dövlət piratlığı" adlandırıb

İran ABŞ-nin Hindistan gəmilərinə hücumunu "dövlət piratlığı" adlandırıb

İran Xarici İşlər Nazirliyi ABŞ-nin Hindistanın ticarət gəmilərinə qarşı həyata keçirdiyi hücumları kəskin tənqid edib.

en ru

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl özünün "X" hesabında ABŞ-nin Hindistanın gəmilərinə qarşı təşkil etdiyi hücumları "dövlət piratlığı" kimi qiymətləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu hərəkətlərin Vaşinqtonun silahlı soyğunçuluq və qanunsuzluq siyasətinin bariz nümunəsi olduğunu vurğulayıb.

Baqai hücumlar nəticəsində həlak olan hindistanlı dənizçilərin ailələrinə və yaxınlarına başsağlığı verib.

İran rəsmisi beynəlxalq ictimaiyyəti ABŞ-nin bu qanunsuz əməllərinə qarşı tədbir görməyə çağırıb.

Onun sözlərinə görə, ABŞ-nin bu addımları qlobal sülhə və təhlükəsizliyə, eləcə də dənizdə naviqasiya azadlığına ciddi təhdid yaradır.

Son günlər Oman suları yaxınlığında heyətinin idarə etdiyi ticarət gəmilərinə qarşı ABŞ-nin həyata keçirdiyi hücumlar bölgədə gərginliyi daha da artırıb.

Məlumata görə, Mərkəzi Komandanlığı "Jalveer" adlı tankerin mühərrik bölməsinə iki "Hellfire" raketi atıb. ABŞ tərəfi gəminin İran neftini daşıdığını iddia edir.

Hindistan rəsmiləri isə gəmidəki 20 nəfərlik heyətin təhlükəsiz olduğunu və Omanın yardımı ilə evakuasiya edildiklərini açıqlayıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…