Əsas məzmuna keç

İran ABŞ-nin gəmi hücumunu müharibə cinayəti adlandırdı

İran ABŞ-nin gəmi hücumunu müharibə cinayəti adlandırdı

Tehran rəsmisi Möhsəni Ejei Oman dənizində gəmi hücumu və blokadanı pislədi. İsrail və Vaşinqtona qarşı görüləcək adekvat tədbirlərin təfərrüatları xəbərimizdə.

en ru

İran ABŞ-nin son hərəkətlərini “müharibə cinayəti” kimi qiymətləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsəni açıqlama verib.

Bildirilib ki, ABŞ-nin İran limanlarını və sahillərini blokadaya alması, həmçinin dənizində İran ticarət gəmisinə hücumu atəşkəsin pozulması kimi qiymətləndirilir. Onun sözlərinə görə, bu addımlar beynəlxalq hüquqa ziddir və “müharibə cinayəti” hesab olunur.

Qulamhüseyn Möhsəni Ejei vurğulayıb ki, İran bu cür addımlara mütləq cavab verəcək.

O, həmçinin və İsrail tərəfindən gələcək hücumların ehtimalının yüksək olduğunu qeyd edib və ölkənin bu risklərə qarşı hazırlıqlı olmasının vacibliyini bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…