Əsas məzmuna keç

İnterviziya 2025 Səudiyyə Ərəbistanında keçiriləcək

İnterviziya 2025 Səudiyyə Ərəbistanında keçiriləcək

Aleksandr Pankin Sankt-Peterburq İqtisadi Forumunda açıqladı: İnterviziya yarışının növbəti məkanı niyə Rusiya deyil? Hazırlıqlar və detallar yazımızda.

en ru

İnterviziya Müsabiqəsi bu il Səudiyyə Ərəbistanında keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiyanın nazirinin müavini Aleksandr Pankin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində TASS-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, İnterviziya Beynəlxalq Musiqi Müsabiqəsinin növbəti buraxılışı Moskvada və ya Rusiyada deyil, Səudiyyə Ərəbistanında təşkil olunacaq.

“Müsabiqənin keçirilməsi planlaşdırılır, lakin Moskvada və ya Rusiyada deyil”, – deyə Pankin qeyd edib.

Nazir müavini bildirib ki, tədbirin dəqiq tarixləri hələ müəyyənləşdirilməyib. O, Səudiyyə Ərəbistanındakı tərəfdaşların hazırlıq işlərini davam etdirdiyini və hazırda təşkilati məsələlərin müzakirə olunduğunu vurğulayıb.

Pankin Rusiyanın da müsabiqədə iştirak edəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, Prezidenti Vladimir Putin 2025-ci il fevralın 3-də İnterviziya Beynəlxalq Musiqi Müsabiqəsinin təsis edilməsi haqqında fərman imzalayıb. Yenidən bərpa olunan müsabiqənin ilk buraxılışı həmin ilin 20 sentyabr tarixində Moskvada keçirilib.

Müsabiqədə Rusiyanı Əməkdar artist Yaroslav Dronov (Şaman) təmsil edib. Peşəkar münsiflər heyətində isə Rusiyanı bəstəkar İqor Matviyenko təmsil edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…