Əsas məzmuna keç

İlham Əliyev ilə Mertsin geniş tərkibdə görüşü olub

İlham Əliyev ilə Mertsin geniş tərkibdə görüşü olub

Almaniya kansleri ilə danışıqlarda Orta Dəhliz, enerji təhlükəsizliyi və rəsmi Bakı ilə İrəvan arasındakı sülh prosesi müzakirə edilib. Detallar yazımızda.

en ru

İyulun 21-də İlham Əliyevin Berlində Almaniyanın Federal Kansleri Fridrix Merts ilə geniş tərkibdə görüşü olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə ilə arasında strateji gündəliyə dair imzalanmış sənədin əhəmiyyəti vurğulandı. Həmçinin sənəddən irəli gələrək iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qrupların yaradılması və bu istiqamətdə sistemli işin aparılmasının vacibliyi qeyd edildi.

Söhbət zamanı Azərbaycanın Avropanın təhlükəsizliyində oynadığı rol qeyd olundu, həmçinin Orta Dəhlizin əhəmiyyəti vurğulandı. Eyni zamanda, iki ölkə arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunuldu və regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Federal Kansler Fridrix Merts Azərbaycanla arasında sülh gündəliyi istiqamətində əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. O, Almaniyanın regionda sülhün gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyini və hər zaman buna dəstək verməyə hazır olduğunu bildirdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…