Əsas məzmuna keç

İlham Əliyev: Bu torpaqları canlandırmaq üçün bəlkə də 5-10 il vaxt lazımdır

İlham Əliyev: Bu torpaqları canlandırmaq üçün bəlkə də 5-10 il vaxt lazımdır

Torpaqlar işğaldan azad olunandan sonra ilk göstərişlərdən biri həmin ərazilərin yenidən əkin dövriyyəsinə qaytarılması olub. Bunu Prezident İlham Əliyev...

en ru

Torpaqlar işğaldan azad olunandan sonra ilk göstərişlərdən biri həmin ərazilərin yenidən əkin dövriyyəsinə qaytarılması olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İlham Şükürbəyli sakinləri ilə söhbət zamanı deyib.

"Hər dəfə, hər il əkin-biçin mövsümündən sonra arayış alıram və baxıram taxılçılığın inkişafı nə qədərdir", - Prezident bildirib və əlavə edib ki, ölkə üzrə taxılçılıq inkişaf edir.

torpağının münbitliyi, buna baxmayaraq məhsuldarlığın az olması haqqında da danışıb:

"Çünki burada məsələn, çox münbitdir, siz də yaxşı bilirsiniz, çox məhsuldardır. Mənə indi izahat verilir ki, özü də xarici mütəxəssislər o cümlədən, ermənilər bu torpağı o qədər əziblər, o qədər qaydasız istismar ediblər ki, bu torpaqları canlandırmaq üçün bəlkə də 5-10 il vaxt lazımdır. Ona görə də burada necə ki, bizim bütün təbii sərvətlərimizi talayıblar, istismar ediblər, torpağımızı da demək olar ki, böyük dərəcədə bərbad vəziyyətə salıblar.

Ona görə indi müasir aqrotexniki tədbirlər, müasir suvarma sistemləri və kənd təsərrüfatının inkişafı ilə bağlı ümumi strategiyamız əsasında bu torpaqları canlandırmaq lazımdır. Çünki siz də yaxşı bilirsiniz ki, Azərbaycanın bir çox bölgələrində çox münbit torpaqlar var, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda. Sovet vaxtında burada üzümçülüyü yəqin ki, xatırlayırsınız".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…