Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik şəkildə inkişaf edir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış edərkən bəyan edib.
Ötən ildən bəri ali səviyyədə artıq beş səfərin həyata keçirildiyini vurğulayan dövlət başçısı qeyd edib:
"Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə olan qarşılıqlı istəyimizi əks etdirir".
Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin inşasını xüsusi vurğulayıb:
"Ötən il biz birlikdə onun təməlinin qoyulmasında iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə bu hədiyyəsi xalqlarımızın dostluğunun və mənəvi yaxınlığının daha bir sübutudur".